Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı - FOTO

15:09 17-10-2019 431

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.

Bu barədə “BBC news” məlumat yayıb.

Trampın yazdığı məktubda deyilir:

“Cənab Prezident, gəlin, yaxşı bir iş görək! Siz minlərlə insanın öldürülməsində günahlandırılmaq istəmirsiniz, mən isə Türkiyə iqtisadiyyatının çökdürülməsinə görə məsuliyyət daşımaq istəmirəm – amma bunu bacararam”.

Türkiyə Prezidenti isə həmkarından gələn məktubu oxuduqdan sonra, orada yazılanları qəti şəkildə rədd edib və onu zibil qutusuna atıb. Və məktubda yazılanlara ən gözəl cavabın “Barış Pınarı” hərəkatı olduğunu bildirib.