Gürcüstanda dəhşətli qətl - Üç uşaq anası azərbaycanlı öldürüldü

15:18 17-10-2019 605

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Talaveri (Faxralı) kəndində qətl törədilib.

Report xəbər verir ki, kişi həyat yoldaşını qətlə yetirib.

Qətlə qısqanclığın səbəb olduğu bildirilir.

Faktla bağlı istintaq başlayıb.

Qətlə yetirilən qadın üç azyaşlı uşaq anası olub.

Qətli törədən şəxs saxlanılıb.