Rusiyada narkoklinikadan qaçan azərbaycanlı ayağını sındırdı

15:45 17-10-2019 414

Biri azərbaycanlı olan iki əcnəbi Moskva yaxınlığında Odintsovda narkoklinikadan qaçmağa çalışıb. Onlardan biri qaçarkən ayağını sındırıb.

Qeyd olunur ki, gənclərdən biri Azərbaycan, ikincisi Almaniya və İsveçrə vətəndaşı olub.

Azərbaycanlı hasarın üstünə qalxmağa çalışarkən ayağını sındırıb. Onun yoldaşı isə polis tərəfindən yaxalanıb. Gəncləri klinikaya valideynlərinin yerləşdirdiyi, lakin onların bu vəziyyətdən razı olmadıqları ortaya çıxıb.

Hər iki qaçaq hazırda xəstəxanadadır. Faktla bağlı polis tərəfindən sorğu aparılır.