Meliorasiya və Su Təsərrüfatı ASC-yə pul ayrıldı

17:00 17-10-2019 560

Prezident İlham Əliyev Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun təmir-bərpası”nın başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 000 (yeddi yüz doxsan min) manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.