Azad Rəhimov Druskininkay meri ilə görüşdü

17:09 17-10-2019 431

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Litvanın Druskininkay şəhərinin meri Rixardes Malinauskası qəbul edib.

HerGun.Az xəbər verir ki, görüş zamanı hər iki ölkənin idman infrastrukturu, idman qurğularının fəaliyyəti və əhalinin idman arenalarına cəlb olunmasında yeni mexanizmlərin işlənilməsi müzakirə olunub.

Görüşün sonunda şəhərin idman infrastrukturunun inkişafı istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin aparılması ətrafında danışılıb.