"El-Klassiko" Barselonadakı çaxnaşmalara görə təxirə salındı

05:36 18-10-2019 528

İspaniya La Liqasında X turun “Barselona” – “Real Madrid” matçı təxirə salınıb.

“Cadena Ser” xəbər verir ki, Kataloniya paytaxtındakı etiraz və çaxnaşmalar səbəbindən oyun oktyabrın 26-dan dekabrın 18-nə keçirilib.

Bu barədə qərarı ötən axşam yarışların keçirilməsi üzrə komitə qəbul edib. Görüşün başlama saatı yaxın vaxtlarda müəyyənləşəcək.

Daha əvvəl ev-qonaq oyunlarının yerinin dəyişdirilməsi haqda razılığın əldə olunmaması haqda məlum olub.

Hazırda “Real" 18 xalla turnir cədvəlində birinci yeri tuturr, “Barselona” 16 xalla 2-ci pillədədir.