Timati təzəcə anadan olmuş oğluna ölən dostunun adını verdi – FOTO

06:54 18-10-2019 457

Rusiyalı repçi Timati “Instagram” səhifəsində oğlunun dünyaya gəlməsi haqda xəbər verib.

HerGun.Az-ın məlumatına görə, Timati və rəfiqəsi Anastasiya Reşetova uşağa Ratmir adı veriblər.

Bir vaxtlar Timati oğlu olacağı təqdirdə ona rəhmətə getmiş dostu Ratmir Şişkovun adını verməyə söz vermişdi və illər öttükdən sonra sözünə əməl etdi.

Reşetova üçün bu birinci uşaqdı, Timatinin isə əvvəlki münasibətlərdən 5 yaşlı qızı var.

Alisanı daha çox nənəsi tərbiyə edir. Repçinin anası Simona ikinci nəvəsinin dünyaya gəlməsinə sevinib, onunla çəkdiyi şəklini “Instagram”da bölüşüb.