Millimizin Slovakiyaya qarşı oyunun yeri dəyişdirildi

13:36 18-10-2019 497

Avro-2020-nin seçmə qrup mərhələsi çərçivəsində noyabrın 19-da Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək Slovakiya – Azərbaycan oyununun stadionu dəyişdirilib. 

HerGun.Az xəbər verir ki, UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Trnava şəhərindəki 19200 tamaşaçı tutumuna malik Anton Malatinski adına stadionda keçiriləcəyi qeyd olunub.

Onu da bildirək ki, əvvəl görüşün Slovakiyanın paytaxtı Bratislavada olacağı deyilirdi. Görüş “Tehelne” meydançasında (Milli Futbol Stadionu) baş tutmalı idi.

Səbuhi Musayev