Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ

14:36 18-10-2019 336

Hazırda bir çox yerlərdə saxta şpirislər satılır.

Bu barədə HerGun.Az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  məlumat verib.

“Bazarın bütün seqmentlərində saxta mallar var. Daxili İşlər Nazirliyinin içkilərlə bağlı işini yüksək qiymətləndirirəm. Hər kəs bu işə dəstək olmalıdır ki, proses davam etsin.

Eyni zamanda, saxta şpirislər də satılır. Onların iki və üç hissəli olduğu üzə çıxıb. Belə ki, üç hissəli olan şpirislər təhlükəlidir. Hazırda onların satış şəbəkəsini müəyyənləşdirmək üçün araşdırma aparırıq. Dövlət qarşısında bu məsələni qaldıracağıq. Hazırda təhlükəli şpirislər bazarın böyük bir hissəsini əhatə edib”, - deyə sədr bildirib.

Eyyub Hüseynov qeyd edib ki, hazırda saxta şpirislərin satış yerlərini öyrənməyə çalışırlar:

“Əlimizdə məlumatlar olandan sonra lazımi orqanlara məlumat veriləcək”.

Sevinc Yasinqızı