Gəncəli futbolçulardan “Qarabağ Azərbaycandır!” plakatı - FOTO

21:00 18-10-2019 502

Futbol üzrə I Divizionda VII turun oyunları çərçivəsində reallaşan “Kəpəz” – “Qarabağ-2” (1:0) oyunu 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyindən ev sahibi komanda görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb. 

HerGun.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdirən Gəncə klubunun futbolçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb.  

Meydançada isə böyük ölçülü, üçrəngli bayrağımız açılıb.  

Bundan əlavə, stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.