Yasamalda qırmızı işıqdan keçən avtomobil qəza törətdi - FOTO

02:54 19-10-2019 493

Yasamal rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza Mətbuat prospektində qeydə alınıb.

Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı avtomobil ilə işıqforun yaşıl işığında hərəkətdə olarkən yol kəsişməsində işıqforun qırmızı işığında yoluna davam edən markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Məlumata görə, “Tofaş” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsinə dair sənədləri olmayıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu