Fiqurli konkisürmənin yeni ulduzu: 15 yaşlı Anna Şerbakova hamını heyran etdi – VİDEO
06:20 21-10-2019 578
15 yaşlı rusiyalı Anna Şerbakoba böyüklər arasında ilk rəsmi yarışmasının qalibi oldu.
“Life” xəbər verir ki, rusiyalı fiqurli konkisürmə üzrə Amerika Qran-Prisində hamını heyran edib.
Eteri Tutberidzenin yetiştirməsi qadın fiqurlu konkisürməsində ilk dəfə olaraq 2 dəfə 4-dairəvi tullanış edib.
Bundan əlavə Şerbakova çıxışı zamanı əynindəki paltarı dəyışıb və bununla tamaşaçıları təəcübləndirib.
Qısa proqramda səhv etməsinə baxmayaraq, sərbəst proqramda göstərdiyi məharət onu yarışların qalibi edib.