Prezident Qüdrət Qurbanovu təltif etdi

17:40 21-10-2019 662

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qüdrət Qəmbər oğlu Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Q.Qurbanov Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri, Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktorudur. 

Oktyabrın 20-də Q.Qurbanovun 60 yaşı tamam olub.