Bu il ölkədə 524 şəxs QİÇS-ə yoluxub

18:00 21-10-2019 399

Bu ilin ilk doqquz ayı ərzində 524 nəfər Azərbaycan vətəndaşı İİV-ə yoluxub.

HerGun.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb. 

Komissiyada daimi fəaliyyət göstərən İşçi Qrupunun araşdırmasına görə, onların 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəçisi olub.

Azərbaycan vətəndaşları arasında 2019-cu ilin yanvar-sentyabr ayları ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Ümumilikdə 1988-ci ildən İİV infeksiyası aşkar olunmuş 7932 nəfərdən 3258 xəstə inyeksion narkotik istifadəçiləri olub. Onun 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.

Ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Könül Cəfərli