Qadın hamilə olduğunu öyrəndiyi gün doğuş etdi

21:40 21-10-2019 463

Avstraliyanın Melbburn şəhər sakini qarın ağrısı şikayəti ilə həkimə gedib və hamiləliyin 35-ci həftəsində olduğunu öyrənib. Bu barədə “The Mirror” xəbər verir.

Elə həmin gün 26 yaşlı Caity Mason xəstəxanaya aparılıb və bir neçə saat sonra  Flayn adını qoyduğu bir uşaq dünyaya gətirib.

Mason, hamiləliyin heç bir əlamətini, menstruasiya dayanmasını, ürəkbulanma və hər hansı narahatlıq yaşamadığını bildirib.

Hamiləlikdən xəbərsiz qadın bu müddətdə spirtli içki içib, idmanla fəal məşğul olub.

Qadın uşağın atasına oğlu olduğunu söyləsə də, ata övladından imtina edib.