Ermənilər Soçidə MMA yarışlarında qazaxlara qarşı dava salıblar - VİDEO
Rusiyanın Soçi şəhərində Ermənistan idmançısı Miqran Arutunyanın “Gorilla Fighting Championship 19” qarışıq döyüş növü üzrə keçirilən yarışda Qazaxıstan təmsilçisi Jasulan Akimjana məğlub olmasından sonra erməni azarkeşlər qazaxıstanlı idman həvəskarları ilə dava ediblər.
Məğlub olan Miqran Arutunyana döyüşdən sonra söz verilən zaman o azarkeşlərdən birininin onun atasına əl qaldırdığını bildirib və onu hədələyib.
Bundan sonra o zala gedib və orada əlbəyaxa dava başlayıb. Yarışın diktoru azarkeşlərə yayımın birbaşa olduğunu xatırladaraq onları toqquşmanı dayandırmağa çağırıb.
Qeyd edək ki, döyüş Miqran Arutunyanın məğlubiyyəti ilə başa çatıb. Akimjan üçüncü raundun sonunda rəqibinə dabanı ilə başından zərbə endirib. Ermənistan idmançısı diz üstə çöküb hakim isə nokautla məğlubiyyəti qeydə alıb.