İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini təsdiq etdi

17:20 23-10-2019 586

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.