“Barselona” və “Napoli”dən çətin qələbə, “Liverpul”dan darmadağın - YENİLƏNİB

01:40 24-10-2019 490

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulub.  

HerGun.Az xəbər verir ki, növbəti səkkiz oyunla ilk dövrə yekunlaşıb. 

E, F, G və H qruplarındakı komandalar meydana çıxıb. 

E qrupunun favoritləri “Liverpul”la “Napoli” autsayderlərin qonağı olub. İngiltərə nəhəngi “Genk”lə səfər matçında darmadağına sevinibsə, İtaliya təmsilçisi “Zalsburq”u çətinliklə məğlub edib. 

F qrupuna eyni xalla liderlik edən “Barselona” ilə Dortmund “Borussiya”sı da səfər sınağına çıxıb. Kataloniyalılar “Slaviya” ilə görüşdə çətin qələbəyə seviniblər. Almaniya klubu isə Milan “İnter”i ilə görüşdən məğlub ayılıb. 

Eyni vəziyyət G qrupu üçün də keçərli idi. “Zenit”lə “Lion” müvafiq olaraq, “Leypsiq” və “Benfika”nın meydanında mübarizə aparıb. “Zenit” hesabı açdığı qarşılaşmadan məğlubiyyətlə ayrılıb. Portuqaliyada da meydan sahibləri sevinən tərəf olub. 

H qrupunda “Ayaks”la “Çelsi” üz-üzə gəlib. London klubu səfərdə minimal hesabla üstün olub. Qrupun digər matçında da “Valensiya” səfərdə “Lill” ilə heç-heçəyə razılaşıb. 

Çempionlar Liqası 

Qrup mərhələsi, III tur 

23 oktyabr 

E qrupu 

“Genk” (Belçika) - “Liverpul” (İngiltərə) 1:4 
Qol: Odey, 88 - Oksleyd-Çembeyleyn, 2; 57. Mane, 77. Salah, 87. 

“Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) 2:3 
Qol: Haaland, 40-pen; 72 – Mertens, 17; 64. İnsinye, 73. 

F qrupu 

“Slaviya” (Çexiya) - “Barselona” (İspaniya) 1:2 
Qol: Boril, 50 - Messi, 3. Olayinka, 57-öz qapısına. 

“İnter” (İtaliya) – “Borussiya” (D, Almaniya) 2:0 
Qol: L.Martines, 22. Kandreva, 89. 

G qrupu 

“Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya) 2:1 
Qol: Laymer, 49 Sabitzer, 59 - Rakitski, 25. 

“Benfika” (Portuqaliya) - “Lion” (Fransa) 2:1 
Qol: R.Silva, 4.Pitsi, 86 - Depay, 70.  

H qrupu 

“Ayaks” (Hollandiya) – “Çelsi” (İngiltərə) 0:1 
Qol: Batşuayi, 86. 

“Lill” (Fransa) – “Valensiya” (İspaniya) 1:1 
Qol: İkone, 90+5 - Çerışev, 63

 

23 oktyabr, 11:32

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulacaq.

HerGun.Az xəbər verir ki, turun son səkkiz qarşılaşması ilə I dövrə başa çatacaq.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyanın Milan şəhərində baş tutacaq. “İnter” öz meydanında “Borussiya”nı qəbul edəcək. “Barselona” isə Dortmund klubunun xal itkisindən yararlanıb qrupda vahid liderə çevrilə bilər.

E qrupu
23:00 “Qenk” (Belçika) – “Liverpul” (İngiltərə)
23:00 “Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya)

1. Napoli 4
2. Liverpul 3
3. Zalsburq 3
4. Qenk 1

F qrupu 
23:00 “Slaviya” (Çexiya) – “Barselona” (İspaniya)  
23:00 “İnter” (İtaliya) – “Borusiya” (Almaniya)

1. Borusiya 4
2. Barselona 4
3. İnter 1
4. Slaviya 1

G qrupu
20:55 “Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya)
23:00 “Benfika” (Portuqaliya) – “Lion” (Fransa)

1. Zenit 4
2. Lion 4
3. Leypsiq 3
4. Benfika 0

H qrupu
20:55 “Ayaks” (Hollandiya) – “Çelsi” (İngiltərə)
23:00 “Lil” (Fransa) – “Valensiya” (İspaniya)

1. Ayaks 6
2. Valensiya 3
3. Çelsi 3
4. Lil 0

Səbuhi Musayev