Moskva Konor Makqreqoru belə qarşıladı - FOTO/VİDEO

02:00 25-10-2019 604

Dünya şöhrətli döyüşçü Konor Makqreqor Rusiyanın paytaxtı Moskva şəhərində səfərdədir.

HerGun.Az xəbər verir ki, enerjisi bitib-tükənməyən, dəbdəbəli həyat tərzi keçirən Konor ilk mətbuat konfransından sonra cangüdənləri, meneceri və həyat yoldaşı ilə birlikdə paytaxtı gəzmək qərarına gəlib.

“Ostankino”da məşhur bir televiziya şousunda iştirak etdikdən sonra irlandiyalı döyüş ustası Moskva ilə tanışlığını davam etdiyi vaxt paparatzilər onu gözdən kənar qoymayıblar. Onu görən ətrafdakı insanlar isə Konorun hər addımını diqqətlə izləyib, onunla şəkil çəkdirmək üçün sıraya düzülüblər.

Lakin cangüdənlər Makqreqora yaxınlaşmağa icazə vermədikləri üçün tamaşaçılar döyüşçünü yalnız kənardan izləməklə kifayətləniblər. Məşhurun əhvalının yerində olması bir çox kadrlarda aydın görünüb. Döyüş ustası Konor Makqreqorun hələ bir neçə gün Moskvada qalacağı barədə məlumat verilib.

Rəşad Əliyev