Məşhur aktrisa gəlinliyi üçün hoteldə xüsusi otaq tutdu - FOTO

02:20 25-10-2019 593

Hollivud aktrisası Cennifer Lourens oktyabrın 19-da Cook Maroni ilə evlənib. Toy mərasimində xeyli sayda məşhur ulduz olub: Eşli Olsen, Sienna Miller, Emma Stone, Kameron Diaz, müğənni Adele və başqaları. Mərasimə KİV nümayəndələri buraxılmayıb.

Cennifer Laurens hələ toy fotolarını paylaşmasa da, aktrisanın Diordan gəlinlik geyindiyi bildirilir.

Gəlinlik üçün aktrisa hoteldə xüsusi otaq ayırıb və Parisdən markanın işçiləri gəlinliyə nəzarət üçün gətirilib.

Qeyd edək ki, aktrisa hər zaman qəribə addımları ilə yadda qalıb.