Rusiyanın Xalq artistinin nigahdan kənar azərbaycanlı ovladı: Anam DNT müayinəsinin nəticəsini məhv etdi

05:00 25-10-2019 643

Mətbuatda Moskvadan gələn bir gəncin özünü Rusiyanın xalq artisti Nikolay Tsiskaridzenin oğlu elan etməsi xəbərini izləyicilər birmənalı qarşılamayıblar.

Hadisədən xəbər tutan izləyicilər iki cəbhəyə bölünüblər. Kimi onun haqlı, kimi də haqsız olduğunu bildirirək, 19 yaşlı Teymur Əkpərovu fırıldaqçılıqda ittiham etməyə başlayiblar.

Hətta məsələ o yerə çatıb ki, özünü Tsikaridzenin oğlu olduğunu iddia edən Teymuru sosial şəbəkə izləyiciləri təhdid edib, Moskva küçələrin birində ona hücüm çəkərək, döyüblər.

Söz-söhbətlərdən və dava-dalaşlardan təngə gələn Əkpərov Teleprogramma.pro-ya açıqlama verib.

Portal yazır ki, Timur anası və əslən azərbaycanlı atası ilə tam bir ailədə böyüyüb. Ata ailəni tərk etdikdən sonra bir neçə həftə öncə oğlan onun bioloji atası olmadığından xəbər tutub.

“Bu, 7 oktyabrda baş verdi. Həmin gün valideynlərim otağında genetik müayinənin nəticəsini aşkar etdim. Sənəd digər sənədlərin arasında idi.

Müayinə sənədində cədvəllər var idi, onlara diqqət etmədim, amma əsas olanı oxumağı bacardım. Orada, mənim Nikolay Tsiskaridzenin oğlu olduğum ehtimalı 99,9% faiz qeyd olunmuşdu

Güman edirəm ki, bu müayinə çoxdan aparılıb. Hardasa, 2003-2004-cü illərdə. Səhvim odur ki, harada və nə vaxt aparıldığına və hansı laboratoriya olmasına belə baxmamışam.

Ancaq anamdan bunun nə olduğunu soruşdum. Əvvəlcə təbii ki üstümə qışqırdı. “Nə yalan danışırsan?” deyərək anam bağırdı. Onu özündən çıxdığına əsil səbəb isə prinsipcə mənim buna inanmağım oldu.

“Mən səni böyütdüm və sən bütün cəfəngiyatlara inanırsan”. Anama söylədim ki : “Bax buda hər şeyin yazıldığı bir kağız”.Sonra bu sənədi yanımda məhv edib, evdən qovdu”- deyə Timur Teleprogramma.pro portalına müsahibəsində söyləyib.

“Harasa getməyə yerin var idi ?” sualına isə gənc oğlan bu cür cavab verdi:

“Gecə saat 2-də küçədə oldum, səhərə qədər gözlədim və dostuma yazdım. Məni öz evinə apardı. Ancaq mən onun yanında qala bilmədim, çünki onun ailəsi var idi. Başqa bir dostumun yanına getdim və indi onunla yaşayıram. Mənzilləri gəzirəm.

Mən 13-14 yaşlarında Tsiskaridzenin böyük bir fanatı idim, amma indi 19 yaşımda birdən bildim ki, o mənim öz atamdır.

İnternetdə mənim haqqımda mənfi rəylər yazanların hamısını başa düşürəm. Onların yerində olsaydım eyni reaksiya verərdim, bir ulduzun qeyri-qanuni övladı olduğunu söyləyən bəzi uşaqlara inanmaq təbii ki, çətindir.

Ancaq mənim düşdüyüm bu vəziyyət həqiqətdir, lakin heç kim mənə inanmır və hamı bunu özümü bu yolla piar etdiyimi söyləyir”.

Teymur, Nikolay Tsiskaridzeni hansı yollarla axtardığını və bundan sonra nə edəcəyi haqda bunları dilə gətirib :

“Tsiskaridze ilə görüşmək üçün əlimdən gələni etdim. Dəfələrlə onunla telefon əlaqəsi qurmağa çalışsam da, o məni qara siyahıya salıb. Rus balet akademiyasına zəng vurdum, sonra Sankt-Peterburqa getdim və akademiyanın yanında Nikolayı gözlədim. Təəssüf ki, onun nə vaxt peyda olacağını ümidi ilə 24/7 orada dayana bilmirəm.

Onun nümayəndəsi, gənc bir qız mənimlə deyil, televiziya kanalları ilə əlaqə saxladı. Əlbətdə ki, güldü və inanmadı. Gənc bir qızın Tsiskaridzenin gəncliyi haqqında nələrisə bilməsi inandırıcı deyil. Özü də bilir ki, mən onun oğluyam. Əminəm. Hər şeyi bilir.

Artıq bezmişəm, görürsən. Küçədə mənə hücum etdilər, İnternetdə təhdid etdilər. Bir televiziya şousu köməyi ilə atamın yanına getmək istədim, amma verlişlərin rejissorları belə mənimlə əlaqə qurmadılar. Yeri gəlmişkən, aparıcı Andrey Malaxovla tanış deyiləm, baxmayaraq ki, "sarı mətbuat" məni az qala onun “sevgilisi” etdi”

Qeyd edək ki, gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.

Məşhur balet artisti Nikolay Tsiskaridze isə 45 yaşına qədər qeyri-qanuni övlad sahibi olacağını təsəvvürünə belə gətirməyib. Telefon əlaqəsi zamanı onun köməkçisi söylənilən fikirlərə gülüşlə reaksiya verib. Balet ulduzu isə danışmaqdan imtina edib.

Rəşad Əliyev