“Queen” minlərlə fanatın ifasında “Bohemian Rhapsody”nin yeni klipini təqdim etdi - VİDEO

07:40 25-10-2019 685

Məşhur “Queen” qrupu “Youtube” səhifəsində “Bohemian Rhapsody”nin yeni klipi yerləşdirib.

Bu mahnını dünyanın 120 ölkəsindən olan 5 minə yaxın pərəstişkar oxuyub videosunu rokçuların elektron ünvanına göndərib, onlar isə kadrları montaj edib böyük klip yığıblar.

Eyni üsulla “A Kind of Magiс” və “Don’t Stop Me Now” klipləri də hazırlanıb. Bu performans “Bohemian Rhapsody” klipinin original variantının 1 milyard izləyici toplaması şərəfinə edilib.