Amerikalı repçi güllələndi

20:00 30-06-2019 867

Amerikalı repçi Slim 400 Kaliforniya ştatının Kompton şəhərində hücuma məruz qalıb.

TMZ-nin yaydığı məlumata görə, məşhur musiqiçi və repçiyə səkkiz əl atəş açılıb.

Hadisə baş verdikdən dərhal sonra o,  xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətini kritik dəyərləndirir.

Qeyd edək ki, mart ayının sonlarında Los-Ancelesdə məşhur repçi Nipsey Hussle mağazasının yanında güllələnib. O, hadisə yerində həyatını itirib. Nipseyə hücum edən şəxsi polislər yaxalasalar da, o, hadisəni törətdiyini boynuna almayıb.

Rəşad Əliyev