Əliyar Ağayev İspaniya komandasının kapitanını bu hərəkətinə görə qovdu - VİDEO

13:40 25-10-2019 880

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turunda “Ludoqorets” – “Espanyol” görüşünü idarə edib. 

HerGun.Az xəbər verir ki, Bolqarıstanın Razqrad şəhərində baş tutan qarşılaşmadan qonaqlar qalib ayrılıb.

Belə ki, “Espanyol” Viktor Kampusanonun 13-cü dəqiqədə vurduğu yeganə qol sayəsində aktivinə üç xal yazdırıb. Həmyerlimizə də kifayət qədər iş düşüb.

Belə ki, meydan sahiblərini üç sarı vərəqə ilə cəzalandıran Ağayev son beş dəqiqədə İspaniya komandasının futbolçularına dörd sarı və bir qırmızı vərəqə göstərib. O, 85 və 88-ci dəqiqədə dəqiqədə “Espanyol”un kapitanı Xavi Lopesə iki sarı vərəqə göstərərək meydandan qovub.