DİM sədri Məleykə Abbaszadə Ağcabədi rayonunda vətəndaşları qəbul edib

15:46 25-10-2019 50

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 25-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Ağcabədi rayonunda vətəndaşları qəbul etmişdir.

Qəbulda Ağcabədi rayonunun sakinləri ilə yanaşı digər rayonların sakinləri də iştirak etmişlər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl Ağcabədi rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.

Daha sonra rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə cari il məzunlarının buraxılış imtahanlarının nəticələri müzakirə edilmişdir.

M.Abbaszadə 2019-2020-ci ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli barədə də məlumat vermişdir.

Sonra isə M.Abbaszadə vətəndaşları qəbul etmişdir.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, ixtisas seçiminin aparılması, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilmişdir.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.

IMG-20191025-WA0001IMG-20191025-WA0002

IMG-20191025-WA0004

IMG-20191025-WA0006

IMG-20191025-WA0007