Rusiyanın Xalq artistinin nigahdan kənar azərbaycanlı övladı Moskvada döyüldü - FOTO

15:20 26-10-2019 570

Moskvadan gələn 19 yaşlı Teymur Əkbərovun özünü Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzenin nigahdankənar oğlu olduğunu deməsi ona baha başa gəlib. O, Moskva küçələrinin birində döyülüb.

HerGun.Az xəbər verir ki, bu haqda Teymur şəxsi “Instaqram” hesabında məlumat verib. 

“Siz hər şeyə görə cavab verəcəksiniz.Tibbi ekspertizadan keçəcəyəm və ərizə yazacağam. Mən sizə nə pislik etmişəm? İşiniz-gücünüz yoxdur? Mən sizə mane oluram? Mən kimisə təhqir etmişəm? Bioloji atamı tanımağım günahdır?”, - deyə Əkbərov yazıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ВЫ ЗА ВСЕ ОТВЕТИТЕ! СНИМУ ПОБОИ И НАПИШУ ЗАЯВЛЕНИЕ! ЧТО Я ВАМ ПЛОХОГО СДЕЛАЛ? ВЫ СОВСЕМ А*****?! ВАМ НЕЧЕМ ЗАНЯТЬСЯ? Я ВАМ ЧЕГО МЕШАЮ? Я ВАС КОГО-ТО ОСКОРБИЛ? ГРЕХ УЗНАТЬ СВОЕГО ОТЦА БИОЛОГИЧЕСКОГО? МНЕ В ДИРЕКТ ПРИХОДЯТ МНОГО УГРОЗ! Я УЖЕ НЕ ЗНАЮ ЧТО ДЕЛАТЬ! МЕНЯ УЖЕ ВСЕ ДОСТАЛО! ИДИТЕ ВСЕ ЛЕСОМ! НИКОЛАЙ, ТЕБЕ ПРИЯТНО КОГДА ТВОЕГО СЫНА БЬЮТ ЛЮДИ НА УЛИЦЕ? #НиколайЦискаридзе #АндрейМалахов #Россия1 #ПервыйКанал #Днк #Отец #Театр #Балет #ШоуБизнес #Артист #Актер #ПустьГоворят #ОльгаБузова #Новости #ТыНеПоверишь #Справедливость #НТВ #НаСамомДеле

Публикация от Тимур Акперов-Цискаридзе (@timactor1)

Lakin Tsiskaridzenin nikahdankənar oğlunun döyülməsi faktına izləyicilərin əksəriyyəti inanmayıb. Onlar şərhlərdə Teymurun qrimdən istifadə edərək, özünü bu hala saldığını yazıblar.

Yazılanlara cavab olaraq, Teymur sosial şəbəkə hesabında ona gələn hədə və təhqir dolu mesajların şəkillərini paylaşaraq bu sözləri qeyd edib:

“Mən artıq bilmirəm nə edim, artıq hər şeydən bezmişəm”.

Teymur şərhini bu sözlərlə bitirib: “Nikolay, oğlun küçədə döyüləndə sənə xoş olur?”.

Qeyd edək ki, gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.

Məşhur balet artisti Nikolay Tsiskaridze isə 45 yaşına qədər qeyri-qanuni övlad sahibi olduğunu təsəvvürünə belə gətirməyib. Telefon əlaqəsi zamanı onun köməkçisi söylənilən fikirlərə gülüşlə reaksiya verib. Balet ulduzu isə danışmaqdan imtina edib.

Rəşad Əliyev