Futzal millimiz DÇ-nin Əsas raundunu lider kimi tamamladı

22:20 26-10-2019 480

Futzal millimiz dünya çempionatının Əsas raundunun 3-cü qrupunda son görüşünü keçirib.  

HerGun.Az xəbər verir ki, Elit raunda vəsiqəni təmin etmiş millimiz qrup liderliyi üçün Slovakiya ilə qarşılaşıb. 

Görüş millimizin 2:0 hesablı qələbəsilə başa çatıb. Yığmamızın qollarını braziliyalı legionerlər - Bolinya və Vasura vurub.  

Bununla da Joze Alesionun baş məşqçisi olduğu millimiz qrupu doqquz xalla lider kimi tamamlayıb.  

Qeyd edək ki, yığmamız bundan əvvəl Moldovanı 3:1 və Monteneqronu 3:2 hesabı ilə məğlub edib. Qrupun bütün görüşləri Bakı İdman Sarayında keçirilib.  

Səbuhi Musayev