Ajda Pekkan ən böyük arzusunu açıqladı

22:40 26-10-2019 456

Türkiyənin super ulduzu Ajda Pekkan illərdir ürəyində saxladığı arzusunu açıqlayıb.  

HerGun.Az xəbər verir ki, Ajda metroya minmək arzusu ilə yaşayırmış.  

O, əsas diləyi haqqında belə danışıb: 

“Bir gün “kamuflaj” edib, əlimə bir qazet alıb, metroya minmək istəyirəm. Orada insanları müşahidə etməyi arzulayıram. İstanbulda heç zaman metroya minməmişəm. Necə olduğundan belə xəbərim yoxdur. Maraq içindəyim”.  

Rəşad Əliyev