Murat Boz və Aslı Enver ayrıldılar - VİDEO/FOTO

13:00 27-10-2019 726

Türkiyənin tanınmış müğənnisi Murat Boz və aktrisa Aslı Anver ayrılıb. Cütlük 10 gün öncə gizli şəkildə ayrılıb.

Aslı Enver Murat Bozla birlikdə yaşadıqları evi tərk edib. Aktrisanın hazırda öz evində yaşadığı və ayrılıq səbəbindən istirahətə getdiyi bildirilir.

Dörd ildir birlikdə olan cütlüyün yaxın zamanlarda evlənməyə hazırlaşdıqları gözlənilirdi. Onların ayrılıq səbəbi hələlik bilinmir.

Cütlük ayrılıqla bağlı xəbərləri təkzib etməyib. Qeyd edək ki, 2015-ci ildən birlikdə olan Muratla Aslı tez-tez küsüb-barışan cütlüklərdəndir. İki il birlikdə olandan sonra 2018-ci ildə ayrılan cütlük 7 ay sonra barışmışdı. Ayrılığın səbəbi Murat Bozun aktrisaya xəyanət etməsi idi.

 
Sevinc Yasinqızı