Dünya çempionatında dörd sərbəst güləşçimizin rəqibi bəlli oldu
23:40 27-10-2019 568
Sabah Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayacaq.
HerGun.Az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verəcəklər.
Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığma üzvlərinin rəqibləri müəyyənləşib.
57 kq
1/8 final - Əfqan Xaşalov – Reyneri Andreu Orteqa (CUB)
65 kq
1/8 final - Turan Bayramov – Kristofer Morqan Misaak (CAN)
70 kq
Təsnifat - Davud İbrahimov – Mark Dietşe (SUİ)
79 kq
Təsnifat - Abubakr Abakarov – Atay İzabekov (KGZ)