Şvartsnegerin qızı ərinə donuz hədiyyə etdi - FOTO

03:18 01-07-2019 863

Bir neçə həftə öncə dünya şöhrətli aktyor Arnold Şvartsnegerin qızı Ketrinlə evlənən kino ulduzu Kris Pratt doğum günündə gözlənilməz hədiyyə alıb.

Havay adalarında əri üçün doğum günü partisi təşkil edən Ketrin ona iki donuz hədiyyə edib.

Kris hədiyyə aldığı donuzların şəklini çəkərək, şəxsi “Instagram” hesabında yayımlayıb. Paylaşımına isə bu cür şərh yazıb:

“Donuzları hədiyyə etdiyinə görə çox sağ ol, Ketrin. Bu aldığım ən gözəl hədiyyə idi. Onlara Tim və Feyt adını adını verdim. İki donuzun arasında böyük məhəbbət var. Mən onları sevirəm və onların böyüməsini gözləyəcəm”.

Rəşad Əliyev