Cem Yılmazın bir milyonluq gəmi sevdası

04:36 01-07-2019 850

Məşhur türkiyəli aktyor, şoumen Cem Yılmaz bir milyon avro dəyərində gəmi almaq niyyətindədir.

Posta” xəbər verir ki, bir müddətdir sevgilisi Dəfnə Samyeli ilə gəmi almaq üçün araşdırmalar aparan C.Yılmaz keçən həftə Bodrumda bir gəmiyə alıcı gözü ilə baxıb.

Gəmi xüsusi hazırlanıb. 10 kamerası və geniş açıq hava ərazisi var. Aktyor gəmini çox bəyənsə də, hələlik son qərarını verməyib.

Qeyd edək ki, C.Yılmaz klassik avtomobil həvəskarıdır. Bundan başqa, onun klassik rəsm əsərləri kolleksiyası da var.