Nizami rayonunda dostların yeyib-içmək məclisi qanlı başa çatdı

00:20 29-10-2019 597

Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Qara Qarayev prospekti ev 136-nın qarşısında qeydə alınıb.  

Belə ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Əzizov Vasif Tofiq oğlu dostu tərəfindən bıçaqlanıb.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, o, dostları ilə məclisdə yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb.  

Daha sonra dostu V.Əzizova çoxsaylı bıçaq xəsarəti yetirib.  

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli 

Elşad Mətləboğlu