Messi cərimə zərbəsindən 50-ci qolunu vurdu – VİDEO

07:40 30-10-2019 517

“Barselona”nın kapitanı Lionel Messi karyerasında cərimə zərbəsindən 50-ci qolunu vurub.

HerGun.Az xəbər verir ki, bu hadisə İspaniya çempionatının XI turun “Valyadolid”lə matçında baş verib.

Messinin gözəl qolu sayəsində matçda hesab 3:1 olub. Ümumilikdə isə “Barselona”nın bu oyunda 5 topunun ikisini argentinalı hücumçu vurub.

Messi cərimə zərbələrindən 50 topdan 44-nü katalon klubunun heyətində vurub, və cəmi 6-na Argentina yığmasında imza atıb.