Düşmən Qazaxda bir neçə kəndi və döyüş mövqelərimizi atəşə tutub

15:20 30-10-2019 40

2019-cu il 29 oktyabr tarixində axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədin­də Ermənistan Silahlı Qüvvələ­rinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sər­həd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub­lar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən mlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamə­tində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb.