Kişi şahmatçılarımızdan Avropa çempionatında daha bir qələbə - YENİLƏNİB

23:20 31-10-2019 442

Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının yeddinci turunun oyunları başa çatıb.

Kişi şahmatçılarımız İsveçrə komandasına 2,5:1,5 hesabla qalib gəlib. Qadın yığmamızın Gürcüstan komandası ilə qarşılaşması isə heç-heçə başa çatıb.

Aktivində 10 xal olan qadın komandamız 3-cü yerdədir. Kişi şahmatçılarımız isə turnir cədvəlinin 7-ci pilləsindədirlər.

12:05

Gürcüstanın Batumi şəhərində keçirilən şatmat komandaları üzrə Avropa çempionatında bu gün VII tura start veriləcək.

HerGun.Az xəbər verir ki, yeddi xalla turnir cədvəlinin X sırasında olan kişi millimiz bu gün çempionatın gücünə görə XXVIII komandası sayılan İsveçrə ilə qarşılaşacaq.

Keçirdiyi altı partiyada ancaq heç-heçə etməklə yadda qalan Şəhriyar Məmmədyarov bu gün ağ fiqurlarla Zebastian Boqnerlə qarşılaşacaq.

Dünən lider Rusiyanı büdrədən və bununla da III sırada yerini möhkəmlədən qadın millimiz isə bu gün daha bir həlledici görüşə çıxacaq. Doqquz xala malik olan komandamız həm gücünə, həm də hazırkı turnir cədvəlinə görə II sırada olan meydan sahibi Gürcüstanla qarşılaşacaq. Bu görüşdə qazanılan qələbə gürcülərlə xallarımızı bərabərləşdirəcək.

Səbuhi Musayev