Türkiyə 18 suriyalı hərbi əsiri Rusiyaya təhvil verdi

07:20 01-11-2019 20

Türkiyə həbs etdiyi 18 suriyalı hərbi qulluqçunu Rusiya tərəfinə təhvil verdi.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində bildirilib.

Məlumata görə, oktyabrın 29-da Ras el-Ayn şəhəri yaxınlığında həbs olunan suriyalı hərbçilər Kreml ilə danışıqlardan sonra Rusiya tərəfinə verilib.