ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

09:00 01-11-2019 440

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumat verib.

Yeni sanksiyalar İranın tikinti sektorunu, nüvə və raket proqramları üçün istifadə edildiyi güman olunan bir sıra materialları əhatə edir.

Bildirilir ki, tikinti sektoru sanksiyalara İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarət etdiyinə görə düşüb. Bununla əlaqədar İrana işlənməmiş və ya yarımişlənmiş metalların, qrafitin, kömürün satışı, çatdırılması və ötürülməsi qadağan edilir.

Bundan başqa, qadağalar materialların (polad boru növləri, folqalar və s.) dörd növünə də tətbiq edilir, hansılar ki, ABŞ-ın fikrincə, nüvə və ya raket proqramlarında istifadə edilə bilər.