Şeydayev “Dinamo”ya keçməyə yaxındır

12:36 01-07-2019 1667

Rusiyanın “Krılya Sovetov” klubunun azərbaycanlı hücumçusu Ramil Şeydayev komandasını dəyişə bilər.

Sports.ru” xəbər verir ki, Rusiyanın digər təmsilçisi “Dinamo” (Moskva) Azərbaycan yığmasının üzvünün transferinə maraq göstərir.

23 yaşlı oyunçu Moskva klubunda tibbi müayinədən keçəcək. Onun “Dinamo”ya keçidi tam mümkündür.

Qeyd edək ki, R.Şeydayev Rusiya Premyer Liqasının geridə qalan mövsümündə 20 oyunda dörd qol (ikisi penaltidən) vurub və bir məhsuldar ötürmə verib.