“Vüqar Həşimov” klubu yaradıldı: İlk yarışına Monteneqroda çıxacaq

13:20 01-11-2019 410

Vüqar Həşimov Şahmat Fondu mərhum şahmatçının adını daşıyan klub təsis edib.

HerGun.Az-a verilən məlumata görə, “Vüqar Həşimov” klubu ilk dəfə Monteneqroda klublararası Avropa Kubokunda mübarizə aparacaq.  

Sərxan Həşimovun rəhbəri olduğu komandada üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Vüqar Əsədli, Ülvi Sadıqov, beynəlxalq usta Anar Allahverdiyev, 14 yaşlılar arasında dünya çempionu Aydın Süleymanlı, beynəlxalq usta Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa çıxış edəcək. 

Qeyd edək ki, Anar Allahverdiyev klubda oynayan məşqçi olacaq. 9-17 noyabrda keçiriləcək yarış yeddi turdan ibarət olacaq.