Bu il verilən ipoteka kreditlərinin həcmi açıqlandı

15:40 01-11-2019 586

Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 27 min 113 ipoteka krediti verilib.

HerGun.Az-ın xəbərinə görə, bu barədə Fondun məlumatında bildirilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 344 milyon 600 min  manatdan çoxdur.

Bu ilin 10 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 1884, məbləği 127 milyon 457 min 600 manat təşkil edib.

Aqşin Kərimov