Evində 140 zəhərli ilan bəsləyən qadının cəsədi tapıldı

17:40 01-11-2019 15

ABŞ-da boğazına 10 metrlik piton dolanan qadın evində ölü tapılıb.

İndiana ştatının Bətl-Qraund şəhərində yaşayan Laura Hörstün meyiti oktyabrın 30-da yaşadığı evdə aşkarlanıb

Qadının boynunda 2,4 metrlik piton olub və ilan onun boynundan çıxarıldıqdan sonra cəsəd müayinə olunması üçün ekspertizaya göndərilib. Meyitin tapıldığı ərazi isə şerif Donald Mansona aid olub.

Mansonun həmin evin ətrafında 140 ilan bəslədiyi və onların satışı ilə məşğul olduğu bildirilib. Şerif isə bu hadisəni “faciəvi bir qəza” adlandırıb. Məsələ ilə bağlı araşdırma aparılır. Rəsmilər ekspert rəyindən sonra dəqiq bir açıqlama verə biləcəklərini deyiblər.

Məlumata görə, iki uşaq anası olan Laura Hörst texniki  mütəxəssis işləyib.