Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olundu

19:20 01-11-2019 665

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatı olub. 

“Report”un Muğan bürosunun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, Xoşbəxt Ağayeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. O, bu təyinatadək həmin səhiyyə müəssisəsində terapevt kimi çalışıb. 

Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə oktyabrın 17-də vəzifəsindən azad olunaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub.