Yaponiyada turistlərə yeni qaydalar qoyuldu – Ədəbli olmaq tələb olunur

03:00 02-11-2019 16

Yaponiyanın Kioto şəhərinin tarixi Gion məhəlləsində turistlərə geyşaların şəklini çəkmək qadağan edilib.

“The Telegraph” bildirir ki, yeni qaydalara əsasən geyşaların şəklini yalnız onların razılığı ilə çəkmək olar.

Qanunu pozanları 10 min yen (157 AZN) cərimə gözləyir.

Belə bir qərar qızların dəfələrlə şikayətindən sonra qəbul edilib. Onların sözlərinə görə, turistlər şəkil çəkən zaman onların kimono, zinət əşyaları, eləcə də pariklərinə toxunmağa çalışırlar. 

Həmçinin Kioto hakimiyyəti xarici turistlər üçün etiket qaydaları da tərtib edib. Məsələn, onlara özəl ərazilərə daxil olmaq, küçələrdə yemək olmaz, eləcə də ölkədə qəbul edilmiş ədəb qaydalarına riayət edilməlidir.