Rada Zelenskinin işlərindən narazı qalıb – Xətalara yol verib

04:40 02-11-2019 13

Ali Radanın “Avropa həmrəyliyi” partiyasından olan deputatı Aleksey Qonçarenko Ukrayna prezidenti Vladimir Zelenskinin oktyabrın son günlərində xarici siyasətdə buraxdığı ciddi nöqsanlarından danışıb.   

Bu barədə Ukrayna parlamentinin “Youtube” kanalında məlumat verilir.

Deputatın sözlərinə əsasən, Zelenskinin uğursuzluqlarından biri Danimarkanın “Şimal axını-2” qaz kəməri hissəsinin tikintisini təsdiqləməsidir ki, bunun da nəticəsində Ukrayna tezliklə Rusiya qazının tranziti ilə məşğul ola bilməyəcək.

Bundan başqa, Qonçarenko Zelenskinin Macarıstan və Çexiya ilə beynəlxalq münasibətlərdə passivliyini qeyd edib. Onun sözlərinə görə, bu ölkələrin Baş naziri və prezidenti Rusiyaya rəğbətlə yanaşırlar.