Dünyanın 10 ən güclü hərbi hava qüvvələri - SİYAHI

11:20 02-11-2019 525

“Global Firepower” təhlil mərkəzi dünyanın 10 ən güclü hərbi hava qüvvələrinə sahib olan ölkələrin adlarını açıqlayıb.

HerGun.Az-ın məlumatına görə, ABŞ siyahıya liderlik edir.

ABŞ-ın balansında 13 min 362 ədəd  hərbi hava texnikası mövcuddur.

Rusiya isə siyahıda ikincidir. Rusiya ordusunda 3 min 914 hərbi hava texnikası var. Çində 3 min 35, Hindistanda 2 min 185, Cənubi Koreyada 1560, Yaponiyada 1508, Pakistanda 1281, Fransada 1262, Misirdə 1132 hərbi hava vasitəsi var.

Türkiyə 1056 ədəd hərbi hava texnikası ilə siyahıda 10-cu yerdə qərarlaşıb.

Aqşin Kərimov