Azərbaycanlı idmançı dünya çempionu oldu - FOTO

05:40 05-11-2019 434

İtaliyanın Karrara şəhərində Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatı başa çatıb.

HerGun.Az xəbər verir ki, hapkidoçu idmançılarımız bu gecə Bakıya qayıdıb.

Azərbaycan Hapkido Federasiyasının prezidenti və yığma komandanın baş məqçisi Süleyman Məmmədli bildirib ki, yarışlara ümumilikdə, 40-a yaxın ölkədən 5 mindən çox idmançı qatılıb.

Azərbaycanı isə yarışlarda 1 məşqçi olmaqla, 6 nəfər hapkidoçu təmsil edib. Onlardan Arif Mustafayev qızıl, biri gümüş, biri isə bürünc medal qazanıb.

Süleyman Məmmədli bildirib ki, yarışlar zamanı idmançılarımız 5 növ üzrə dünya çempionu olub, 3 növ üzrə yarışlarda isə gümüş medal qazanıb. Yığmamız ümumilikdə 17 medalla vətənə qayıdıb.

Hapkidoçu Arif Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, yarışlar zamanı 3 əsas rəqibi ilə qarşılaşıb:

“Belçika, Çexiya və Fransa təmsilçiləri ən güclülərdən idi. Final qarşılaşmasında fransalı rəqibimə qalib gəldib və qızıl medal qazanaraq 5-ci dəfə dünya çempionu titulu aldım. Qarşılaşmaların hər biri çətin keçdi. Lakin sonda özümə ən güclü rəqib saydığım fransalı təmsilçiyə qalib gəlməyi bacardım”.

A.Mustafayev bir neçə dəfə dünya çempionatlarında uğurlu nəticələr göstərib. 2010-cu ildən etibarən ümumilikdə, 5 dəfə rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb.

Yarışlarda həmçinin Hapkido Federasiyasının prezidenti və baş məqçisi Süleyman Məmmədli də iştirak edib. S.Məmmədli bir neçə növ üzrə 1-ci yerin qalibi olub.

Kamil Əmirli, Elşad Mətləboğlu