50 yumurta yeməyə çalışan kişi öldü

14:40 05-11-2019 473

Hindistan sakini Subhaş Yadav qədərindən artıq yumurta yediyinə görə ölüb. Belə ki, o, 42-ci yumurtada huşunu itirib.

42 yaşlı kişi dostu ilə bazara gedib və orada onlar arasında mübahisə baş verib.

Onlar mübahisəni özünəməxsus şəkildə həll etmək qərarına gəliblər. Razılaşmaya görə, 50 yumurta yeyən şəxsə iki min rupi (45 manatdan çox) pul veriləcəkdi.

Yadav 42-ci yumurtanı yedikdən sonra huşunu itirib. Kişi təcili olaraq xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra ölüb.