Xəstəxanada təmizlikçi xəstənin üzünü çirkli bezlə sildi - VİDEO

15:40 05-11-2019 442

Rusiya xəstəxanalarının birində xadimə qadın xəstənin üzünü çirkli bezlə silib. Hadisə Çelyabinsk vilayətinin tibb müəssisəsində baş verib.

Sosial şəbəkələrdə yayımlanan videoda təmizlikçinin otağa girərkən döşəmənin çirklənməsinə görə deyindiyi görünür. Bu zaman xəstə çarpayıda çılpaq halda oturmuş olub. Təmizlikçi qadın döşəmə bezlərini yuduqdan sonra onunla xəstənin üzünü silməyə başlayıb. Xəstə qışqırsa da, müqavimət göstərə bilməyib. Güman edilir ki, videonu palatadakı xəstələrdən biri çəkib.

Xəstəxanadan hələki hadisə ilə bağlı hər hansı məlumat verilməyib.