Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarıldı - FOTO
04:00 06-11-2019 600
SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu Moskvada hərraca çıxarılacaq.
Noyabrın 14-də keçiriləcək hərrac barədə “Litfond” öz saytında məlumat yayıb.
Qeyd edilib ki, sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 - 1 500 000 rubl arasında olacaq.
Brejnevə məxsus sürücülük vəsiqəsi və xəbərdarlıq talonu 1976-cı ildə Brejnevin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.
Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb.